Bu gün dənizə gedəcəksinizsə, BUNU BİLİN
Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, çimərliklərdə şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
10:22 22.08.2026
Oxunuş sayı: 66