Gürcüstan Azərbaycandan neft məhsulları idxalını 2 dəfədən çox artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 88 milyon ABŞ dolları dəyərində 90,1 min ton neft məhsulları gətirilib.
Crossmedia.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Bununla da, Azərbaycanın Gürcüstanın yanacaq idxalındakı mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Ölkə Gürcüstanın əsas yanacaq təchizatçıları sırasında dördüncü yerdə qərarlaşıb.
Bu ilin 7 ayında Gürcüstan xaricdən 967 milyon ABŞ dolları dəyərində 1,05 milyon ton neft məhsulları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32,7 %, həcm baxımından isə 8,7 % çoxdur. 2025-ci ilin ilk 7 ayında Gürcüstan 729 milyon ABŞ dolları dəyərində 970 min ton neft məhsulları alıb.
İdxalın əsas hissəsi Rusiyanın payına düşüb. Hesabat dövründə Gürcüstan Rusiyadan 292 milyon ABŞ dolları dəyərində 392,8 min ton neft məhsulları idxal edib. Bununla belə, Rusiyadan yanacaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % azalıb.
Gürcüstanın digər əsas yanacaq təchizatçıları Türkiyə və Rumıniyadır. Türkiyədən 135 milyon ABŞ dolları dəyərində 112,5 min ton, Rumıniyadan isə 131 milyon ABŞ dolları dəyərində 139,4 min ton neft məhsulları idxal edilib.
Ən böyük artım isə Belarusdan idxalda qeydə alınıb. Bu ölkədən 56 milyon ABŞ dolları dəyərində 56,2 min ton neft məhsulları alınıb ki, bu da illik müqayisədə 35 dəfədən çox çoxdur.(Report)
16:44 20.08.2026
Oxunuş sayı: 49