Türkiyə üzərindən neft nəqli AZALDI – səbəb nədir?
Bu ilin yanvar-iyul aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 112,781 milyon barel neft nəql edilib.
Bu barədə Crossmedia.az Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin ilk 7 ayı ilə müqayisədə 9,975 milyon barel və ya 8,1 % azdır.
Təkcə iyul ayında isə bu kəmər vasitəsilə 15,847 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 1,101 milyon barel və ya 6,5 % azdır.
Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
14:15 19.08.2026
Oxunuş sayı: 47