CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: sahil xətti

19:45 15.10.2026

Xəzər geri çəkilir: təhlükə qapıda

81

Bir vaxtlar sahillərinə çırpılan dalğaların indi uzaqda qaldığı ərazilər, suyun altından üzə çıxan torpaqlar və dəyişən sahil mənzərəsi... Xəzər dənizi sanki addım-addım öz sahillərindən uzaqlaşır. Bu dəyişiklik ilk baxışda sadəcə təbiətin adi hadisəsi kimi görünə bilər. Lakin suyun hər geri çəkilişi ilə daha ciddi bir sual ortaya çıxır: Xəzər bizi öz sahillərindən nə qədər uzaqlaşdıracaq? Dünyanın ən böyük qapalı su hövzəsində səviyyənin azalması təkcə dənizin görünüşünü dəyişmir, həm də canlı aləminə, balıq ehtiyatlarına, sahilboyu yaşayış məntəqələrinə və iqtisadi fəaliyyətə təsirləri ilə diqqət çəkir. Bəs Xəzər niyə dayanmadan geri çəkilir? Bu prosesin əsas səbəbi iqlim dəyişikliyidir, yoxsa daha mürəkkəb təbii amillər də rol oynayır? Və ən əsası, bu gün sahildən çəkilən suların yerində sabah bizi hansı ekoloji və sosial problemlər gözləyə bilər? Mövzu ilə bağlı Crossmedia.az- a açıqlama verən coğrafiyaşunas Nəriman Paşayev bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xətti xeyli geri çəkilib: "Hazırda dənizin çəkilməsi ilə əlaqədar 30 min hektardan çox ərazinin üzə çıxdığı bildirilir. Bu ərazilərdə ekoloji problemlərin nisbətən az olacağını düşünürəm. Çünki sahilyanı ərazilərin bir çoxunda torpaqların mənimsənilməsi, xüsusilə turizm məqsədilə istifadə olunması ehtimalı var. Vaxtilə də bu ərazilərin böyük hissəsi mənimsənilmişdi. Sonradan, xüsusilə 1977-ci ilə qədər Xəzərin səviyyəsinin yüksəlməsi nəticəsində turizm obyektlərinin bir qismi su altında qaldı. Sahilboyu ərazilərdə yaşayan əhalinin bostan sahələrinin də böyük hissəsi suyun altında qalmışdı. İndi isə dənizin geri çəkilməsi ilə həmin ərazilərə marağın yenidən artacağını və burada məskunlaşmanın genişlənəcəyini düşünürəm.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR