CROSSMEDIA - Analitik İnformasiya Portalı

Dünya

16:16 21.10.2025

Prezidentin son üç ildə Astanaya yeddinci dövlət səfəri münasibətlərimizin dərinliyini göstərir - Deputat

1022

Astana və Bakı arasında Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tədarükü və "yaşıl kabel"in çəkilməsi ilə bağlı strateji sazişlər imzalanacaq. Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib ki, sənədlər Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri çərçivəsində imzalanacaq. Mövzu barədə Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a bildirib ki, Azərbaycan və Qazaxıstan arasında strateji münasibətlər o qədər inkişaf etmişdir ki, artıq Qazaxıstanın Azərbaycan üzərindən Avropaya və beləliklə Qərb bazarlarına çatdırılma məsələsi ilə bağlı strateji sənədlər imzalanacaq: "Cənab Prezidentin son üç ildə Astanaya yeddinci dövlət səfəri bizim münasibətlərimizin nə qədər dərin və strateji olduğunu göstərir. Burada təkcə Qazaxıstan nefti deyil, eyni zamanda “yaşıl kabelin” çəkilməsi ilə bağlı daha strateji sənəd imzalanacaq. Azərbaycan və Qazaxıstan arasında enerji əməkdaşlığı bütün regionun enerji təhlükəsizliyinə müsbət təsir göstərəcək. Dünyaya həmçinin “yaşıl kabel” layihəsi ilə o mesajı veririk ki, Azərbaycan və Qazaxıstan Xəzər dənizi hövzəsində olan enerji daşıyıcılarını təkcə ənənəvi enerji daşıyıcıları deyil, həm də yaşıl enerji, alternativ enerji mənbələrini Avropa istiqamətində dünya bazarlarına çıxarmaq istiqamətində böyük resurslara və hər iki ölkə böyük siyasi iradəyə malikdir".

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR