CROSSMEDIA - Bu şəxs edam cəzasına məhkum edilib
Xarici xəbərlər

Bu şəxs edam cəzasına məhkum edilib

Noyabrın 11-də Çinin Quandun əyalətinin Cuhay şəhərində avtomobilini yürüş edənlərin üzərinə sürərək 35 nəfərin ölümünə, 43 nəfərin yaralanmasına səbəb olan təcavüzkar edam cəzasına məhkum edilib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Cuhay Ara Xalq Məhkəməsinin çıxardığı qərarda, adı Fan Veyçiu olduğu bildirilən 62 yaşlı müttəhim haqqında məlumat verilib:

“O evliliyində problem yaşadığı və həyatından narazı olduğu üçün hücumu həyata keçirdiyi və boşandıqdan sonra əmlakın bölünməsindən narazı idi" deyə bildirilib.

Qərarda “alçaq motivlərlə və qəddar üsulla törədilən cinayət nəticələri baxımından  ağır olduğu və ciddi  ictimai ziyan vurduğu” bildirilib. Təqsirləndirilən şəxs barəsində isə ölüm hökmü çıxarılıb.

İctimai təhlükəsizliyə təhlükə yaradan hərəkətinə görə müttəhimin siyasi hüquqlarından da məhrum edilib.
Təqsirkar şəxs özünün qara SUV tipli avtomobilini qəsdən idman mərkəzinin ətrafında gəzən insanların üzərinə sürərək 35 nəfərin ölümünə, 43 nəfərin yaralanmasına səbəb olub.

Yerli polis bölməsindən verilən açıqlamada şübhəlinin həyat yoldaşından boşandığı və hücumu onun ayrılma və əmlak bölgüsü şərtlərindən narazı olduğu üçün həyata keçirdiyi bildirilib.

Tərlan Əmrahova 

21:10 27.12.2024

Oxunuş sayı: 3611

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR