Emil Əliyev Rusiya Mini Futbol Assosiasiyasının yenidən prezidenti seçilib
Azərbaycan əsilli Emil Əliyev Rusiya Mini Futbol Assosiasiyasının (AMFR) prezidenti vəzifəsinə növbəti beşillik müddətə yenidən seçilib.
Crossmedia.az xəbər verir ki, Əliyev 2011-ci ildən assosiasiyaya rəhbərlik edir.
Onun rəhbərliyi dövründə Rusiya futzal millisi 2016-cı ildə dünya çempionatının finalına yüksəlib, həmçinin beş dəfə Avropa çempionatının finalında iştirak edib.
19:38 07.08.2026
Oxunuş sayı: 52