"Sabah"ın "Orhus"la cavab matçına indiyədək 3600 bilet satılıb
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək "Orhus"la cavab matçına indiyədək 3600 bilet satılıb.
Crossmedia.az xəbər verir ki, Bakı klubunun mətbuat katibi Elnur Həmidov deyib.
"Sabah" - "Orhus" görüşü avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək.
Xatırladaq ki, tərəflər arasında dünən baş tutan matçda Danimarka çempionu qalib gəlib - 2:1.
15:49 06.08.2026
Oxunuş sayı: 50