Çempionlar Liqası: "Sabah"ın "Orhus" ilə matçı planlaşdırılan vaxtdan gec başlayacaq
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün keçiriləcək Danimarkanın "Orhus" və Azərbaycanın "Sabah" komandaları arasında ilk oyun nəzərdə tutulduğu vaxtda başlamayacaq.
Crossmedia.az xəbər verir ki, qarşılaşma saat əvvəlcədən nəzərdə tutulduğu kimi saat Bakı vaxtı ilə saat 20:30-da yox, 21:00-da start götürəcək.
Buna səbəb Randers şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxacdır. Hadisə səbəbindən komandaları stadiona gətirən avtobusun gecikdiyi bildirilib.
20:00 05.08.2026
Oxunuş sayı: 49