"Şamaxı" yoxlama matçında "Qəbələ"yə qalib gəlib
Azərbaycan Premyer Liqası təmsilçilərindən "Qəbələ" və "Şamaxı" yoxlama oyununda üz-üzə gəliblər.
Crossmedia.az xəbər verir ki, qarşılaşma Şamaxı kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib gələn komandanın heyətində Oruc Məmmədov 2 qol vurub. "Qəbələ"dən isə Uboçioma Meşak diqqət mərkəzinə düşüb.
Görüş Qəbələ şəhər stadionunun köməkçi meydanında keçirilib.
19:59 04.08.2026
Oxunuş sayı: 52