İsraildən Qəzzaya növbəti hücum: 5 jurnalist həlak oldu
İsrailin Qəzzaya edilən növbəti hücumu nəticəsində 5 fələstinli jurnalist həlak olub.
Crossmedia.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində Qəzza zolağında xəstəxana qarşısında beş fələstinli jurnalist həlak olub.
Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hücum Əl-Əvda Xəstəxanasının qarşısındakı avtomobilə endirilib. Həlak olan jurnalistlərin Qüds Xəbər Agentliyində fəaliyyət göstərildiyi bildirilib.
Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, müharibə başladığı gündən bəri 130-dan çox fələstinli jurnalist həlak olub. Həmçinin İsrail xarici jurnalistlərin Qəzzaya yalnız hərbi nəzarət altında daxil olmasına icazə verir.
Bundan əlavə, İsrail "Pan-ərəb Əl-Cəzirə" şəbəkəsini qadağan edib və onun Qəzzadakı altı jurnalistini döyüşçü olmaqda ittiham edir.
Nabat Fərzəliyeva
12:36 26.12.2024
Oxunuş sayı: 4350