Rusiya klubu Ramil Şeydayevi transfer etdiyini açıqlayıb
Rusiya klubu "Şoçi" Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi transfer etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında bağlanan sözləşmə 2026/2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub.
Şeydayev yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Ramil Şeydayev son olaraq Azərbaycanda "Qarabağ"ın formasını geyinib.
19:20 03.08.2026
Oxunuş sayı: 52