Azərbaycanın yeniyetmə boksçuları Şamaxıda toplanışa başlayıb
Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Şamaxıda təlim-məşq toplanışına başlayıb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Boks Federasiyasından bildirilib.
Məşqçilər korpusu hazırlıq prosesinə U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərən boksçuları cəlb edib. 22 idmançının yer aldığı məşqlərdə əsas diqqət taktiki hazırlığa yönələcək.
Qeyd edək ki, Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanış avqustun 17-də yekunlaşacaq.
13:58 03.08.2026
Oxunuş sayı: 56