CROSSMEDIA - Yaponiyada uçuşlar təxirə salınıb
Xarici xəbərlər

Yaponiyada uçuşlar təxirə salınıb

Yaponiya Hava Yolları (JAL), daxili və xarici sistemlərini birləşdirən şəbəkəyə kiberhücum edildiyini və bu səbəbdən bəzi uçuşların təxirə salındığını bildirib.

Crossmedia.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Bəyanatda kiberhücum nəticəsində ən azı 24 daxili uçuşun təxminən 1 saat gecikdiyi və bəzi beynəlxalq reyslərin də bu vəziyyətdən mənfi təsirləndiyi vurğulanıb.
Bu çərçivədə problemlərin başlamasından sonra bilet satışlarının dayandırıldığı bildirilib. Kiberhücumla mübarizə aparmaq üçün işlərin davam etdiyi qeyd olunub.
Açıqlamada kiberhücumun uçuşlar üzərində daha böyük təsir göstərə biləcəyi, lakin təhlükəyə məruz qaldığı düşünülən sistemin müvəqqəti olaraq bağlana bildiyi vurğulanıb.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa, JAL-dan hücumdan təsirlənən müştərilərin narazılıqlarının aradan qaldırılması üçün sistemlərindəki problemi mümkün qədər tez həll etmələrini tələb etdiklərini bildirib.
Digər tərəfdən, Yaponiyadakı digər hava yollarının sistemlərində hər hansı bir problemin yaşanmadığı qeyd olunub.

Fidan Hacızadə

10:45 26.12.2024

Oxunuş sayı: 4170

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR