Tramp Panama səfirliyinə namizədini açıqlayıb
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Florida ştatının rəsmisi Kevin Marino Kabreranın namizədliyini Panama səfiri vəzifəsinə irəli sürəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə "Haber Global”a istinadən xəbər verir.
ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp, sosial media hesabından verdiyi açıqlamada Floridadan Kevin Marino Kabreranın Panama səfiri vəzifəsinə namizədliyini irəli sürəcəyini bildirib. "Mən Kevin Marino Kabreranın Panama kanalı ilə bağlı bizi ən vəhşi xəyallarımızdan kənarda istismar edən ABŞ-ın Panama Respublikasında səfiri vəzifəsində çalışacağını elan etməkdən məmnunam" dedi Tramp.
Samirə Şərif
10:40 26.12.2024
Oxunuş sayı: 4063