Zelenski: Putin qəsdən hücum etmək üçün Milad bayramını seçdi
Rusiya Ukraynanın Xarkov şəhərinə ballistik raketlə hücum edib.
Crossmedia.az “Röyterə” istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu hücumu "qeyri-insani" adlandırıb:
“Putin qəsdən hücum etmək üçün Milad bayramını seçdi, bundan daha qeyri-insani nə ola bilər? 70-dən çox raket, o cümlədən ballistik raketlər və yüzdən çox pilotsuz təyyarə istifadə olunub. Hədəf bizim enerji infrastrukturumuz idi. Onlar Ukraynada elektrik enerjisini kəsməyə cəhd etməkdə davam edirlər”, – deyə o bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Qüvvələri 59 raket və 54 dron vurduğunu bildirib.
Nəzrin Salmanova
10:38 26.12.2024
Oxunuş sayı: 13238