CROSSMEDIA - Fransa Afrikanı Çinə uduzur
Xarici xəbərlər

Fransa Afrikanı Çinə uduzur

Afrika ölkələri tədricən Fransa nəzarətindən uzaqlaşır, yeni hakimiyyətlər Fransa koloniyası olaraq qalmaq istəmir. Bu boşluğu isə Çin doldurmağa çalışır.

Crossmedia.az xəbər verir ki, Cibutidə hərbi baza quran Çin, 53 Afrika ölkəsini əhatə edən Çin-Afrika Əməkdaşlıq Forumu vasitəsilə təsirini genişləndirir. Çin Xalq Azadlıq Ordusu Afrikanın sahillərində dəniz quldurluğuna qarşı mübarizə aparır və BMT-nin 17 sülhməramlı missiyasında iştirak edir. Pekin Anqola, Namibiya və Ekvatorial Qvineyada yeni hərbi bazalar qurmağı planlaşdırır.

Çin, ucuz kreditlər və silah satışı ilə Afrika ölkələrinə təsirini artırsa da, bu təsir suverenlik problemləri və borc yükü yaradır. Afrika dövlətləri Fransa təsirindən qurtulmaq istəyir, lakin Çinin geniş yayılmaqda olan təsiri ilə də qarşılaşmaq istəmir.

Nabat Fərzəliyeva

04:15 26.12.2024

Oxunuş sayı: 3598

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR