Fransada yeni hökumət qurulub
Fransada 13 dekabrda baş nazir təyin olunan Fransua Bayru yeni hökuməti qurduğunu elan edib.
Crossmedia.az “Haber Global”a istinadən xəbər verir ki, Yelisey Sarayının Baş Katibi Aleksis Kohler, mərkəz sağçı Demokratik Hərəkat (MoDem) Partiyasından baş nazir təyin edilən və 10 gündür siyasi partiyalarla müzakirələr aparan Fransua Bayrunun yeni hökumətini formalaşdırdığını açıqlayıb.
Fidan Hacızadə
05:06 25.12.2024
Oxunuş sayı: 4763