22 İyul – Milli Mətbuat Günü
Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü qeyd olunur.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməlini qoydu. Bu tarixi hadisə xalqımızın maariflənməsində, milli şüurun formalaşmasında və azad söz ənənələrinin inkişafında mühüm mərhələ oldu.
Ötən 151 il ərzində Azərbaycan mətbuatı böyük inkişaf yolu keçərək cəmiyyətin informasiya təminatında, ictimai rəyin formalaşmasında və milli-mənəvi dəyərlərin qorunmasında əvəzsiz rol oynayıb.
Bu gün Azərbaycan mediası zəngin ənənələrə söykənərək müasir çağırışlara uyğun inkişaf edir. Jurnalistlər operativ, obyektiv və peşəkar fəaliyyəti ilə həqiqətin ictimaiyyətə çatdırılmasına, informasiya məkanının etibarlılığının qorunmasına və cəmiyyətin maariflənməsinə mühüm töhfə verirlər.
Crossmedia.az kollektivi adından bütün media nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə uğurlar, obyektiv sözə və həqiqətə xidmət yolunda yeni nailiyyətlər arzulayırıq. Milli Mətbuat Gününüz mübarək!
09:30 22.07.2026
Oxunuş sayı: 86