Tramp bu kanaldan rüsum alacaq
ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına görə daşınan yüklərin dəyərinin 20 faizi həcmində ödəniş alacağı ilə bağlı açıqlaması beynəlxalq ticarət və dəniz nəqliyyatı sahəsində ciddi müzakirələrə səbəb olub. Dünya neft tədarükünün mühüm hissəsinin keçdiyi strateji boğazla bağlı bu təşəbbüsün praktikada necə həyata keçiriləcəyi, İranın buna münasibəti və Vaşinqtonun qlobal ticarətdə yeni rüsum siyasətinə keçib-keçmədiyi sual doğurur. Bəs Trampın bu yanaşması nə dərəcədə realdır? İran belə bir tələblə razılaşa bilərmi və ABŞ bundan sonra beynəlxalq ticarətdə oxşar ödəniş mexanizmlərini genişləndirməyə çalışacaqmı?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlama verib:

“Donald Tramp
son aylarda mediadan oxuduğum məlumata görə 34 dəfə müharibənin bitdiyini və
İranla razılıq əldə edildiyini deyib. Amma görürük ki, müharibə hələ də davam edir. Bu 20 faiz məsələsi
də sadəcə bir fikirdir. Trampın müharibə dövründə qeyd etdiyi fikirlərin
hansının real, hansının qeyri-real olduğunu dəqiqləşdirmək çətindir. Hazırda məlum
olan odur ki, təlim toqquşmaları formasında müharibə yenidən başlayıb. Hörmüz
boğazından daşınmalar da dayanıb və bu neft qiymətlərinin artmasına təsir göstərəcək.
İran çalışır ki, Omanla birgə oradan keçən yüklərdən rüsum alsın, ABŞ isə bunun
əleyhinədir. Düşünmürəm ki, ABŞ rüsum ala bilsin. Sadəcə müharibə prosesində
söylədiyi fikirdir. İran ABŞ-dən daha az rüsum istəyirdi. Amma dünyanın heç bir
ölkəsi buna razı deyildi. ABŞ rüsum alacaq olsa idi, PANAMA kanalından alardı.
Çünki bu kanal birbaşa ABŞ-nin təsirindədir. Amma belə bir rüsum yoxdur. Və ona
görə də ABŞ-nin Hörmüz boğazından rüsum alması real görünmür”.
Ayhan
18:30 14.07.2026
Oxunuş sayı: 54