Azərbaycanı avrokuboklarda 4 voleybol komandası təmsil edəcək
Azərbaycanı voleybol üzrə avrokubokların 2026/2027 mövsümündə dörd komanda təmsil edəcək.
Bu barədə Crossmedia.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Yeni mövsümdə Avropa arenasında iki qadın və iki kişi komandamız mübarizə aparacaq.
Son ölkə çempionları "Turan" və "Xilasedici" klubları Çempionlar Liqasında çıxış edəcəklər. Çempionatın gümüş mükafatçıları "DH Volley" və "Ordu" komandaları isə Çelenc Kubokunda uğur qazanmağa çalışacaqlar.
Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn formatda keçiriləcək.
12:13 08.07.2026
Oxunuş sayı: 44