Pakistanda ordu postuna hücum
Pakistanın şimal-qərbində ordu postuna hücum nəticəsində 16 Pakistan əsgəri həlak olub, 8-i ağır yaralanıb.
Crossmedia.az xəbər verir ki, hücum Əfqanıstan sərhədindən 40 kilometr aralıda, Hayber Paxtunxva əyalətinin Makin rayonunda 30 silahlı şəxs tərəfindən həyata keçirilib.
Hücuma görə məsuliyyəti Talibanın Pakistan qolu öz üzərinə götürüb. Terrorçu qruplaşma bəyanat yayaraq, bunun "yüksək rütbəli komandirlərinin həlak olmasının qisasını almaq üçün" həyata keçirildiyini bildirib.
10:34 22.12.2024
Oxunuş sayı: 2824