Azərbaycan idmançıları ötən ay beynəlxalq yarışlarda 284 medal qazanıblar
Azərbaycan idmançıları iyun ayı ərzində beynəlxalq yarışlarda ümumilikdə 284 medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Fərid Qayıbov idmançılarla görüşü zamanı məlumat verib.
Nazir bildirib ki, Azərbaycan Himni ötən ay 24 ölkədə səsləndirilib. İdmançılar 108 qızıl, 81 gümüş və 95 bürünc mükafat əldə ediblər.
Fərid Qayıbov III Dünya Korporativ Oyunlarında 4 qızıl və 1 bürünc medal qazanan Azərbaycan dövlət qurumlarının əməkdaşlarının, eləcə də digər idmançıların uğurlarını yüksək qiymətləndirib.
Ardınca müxtəlif idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.
18:15 06.07.2026
Oxunuş sayı: 47