Cənubi Koreya kosmosa üçüncü casus peykini göndərib
Cənubi Koreya SpaceX tərəfindən istehsal edilən Falcon 9 raketinin daşıdığı üçüncü casus peykinin uğurla kosmosa göndərildiyini açıqladı.
Crossmedia.az "Yonhap"a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasında məlumat verilib.
Ölkənin üçüncü yerli istehsal olan casus peykinin ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmodromundan orbitə buraxıldığı bildirilib.
Açıqlamada "SpaceX" tərəfindən istehsal edilən "Falcon 9" raketi ilə daşınan və "Sintetik Aperture Radarları" (SAR) ilə təchiz edilən peykin müvəffəqiyyətlə orbitə çıxarıldığı qeyd olunub.
Şimali Koreyanın hərbi fəaliyyətlərini daha yaxşı izləmək üçün peyk şəbəkəsi qurmağı hədəfləyən Cənubi Koreya ilk casus peykini 2023-cü ilin dekabrında, ikincisini isə 2024-cü ilin aprelində kosmosa göndərdi.
Tərlan Əmrahova
15:51 21.12.2024
Oxunuş sayı: 4976