Suriyada 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib
Milli Müdafiə Nazirliyi Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində 2 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Nazirliyin sosial media hesabından edilən açıqlamada, "Terror təşkilatı PKK /YPG-nin Suriyanın şimalında hücum cəhdlərinə qarşı qabaqlayıcı və dağıdıcı tədbirləri davam etdiririk.
Qəhrəman Türk Silahlı Qüvvələrimiz Fərat Qalxanı bölgəsində hücuma hazırlaşan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib",- deyə bildirmişdi.
Tərlan Əmrahova
15:43 21.12.2024
Oxunuş sayı: 4758