Ərdoğan Almaniyadakı Milad yarmarkasına hücumu qınadı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Magdeburg şəhərində Milad yarmarkasına edilən hücumu qınayıb.
Crossmedia.az "HaberGlobal"a istinadən xəbər verir ki, O, hücum nəticəsində həyatını itirənlərin ailələrinə və Almaniya xalqına dərin hüznlə başsağlığı verib, yaralananların isə tezliklə sağalmalarını arzulayıb.
Ərdoğan sosial media paylaşımında bunları qeyd edib:
“Dünən axşam Almaniyanın Magdeburg şəhərində Milad yarmarkasına edilən alçaq hücumu qətiyyətlə qınayıram. Hücumda həyatını itirənlərin ailələrinə, dost Almaniya xalqına və hökumətinə başsağlığı diləyir, yaralılara şəfa arzulayıram.”
Sevinc Abuşova
14:14 21.12.2024
Oxunuş sayı: 5222