Nikol Paşinyan Fransa prezidentini təbrik etdi
Paşinyan Makronun "Cənubi Qafqazda sülhün bərqərar olması səylərini" alqışlayıb
Crossmedia.az “İnterfaks”a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona Cənubi Qafqazda sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə təşəkkür edib.
Paşinyan ad günündə yazıb: “Mən bir daha dost Fransaya və şəxsən sizə Ermənistanın suverenliyinin, ölkəmizdə davamlılığının və demokratiyasının möhkəmləndirilməsinə, o cümlədən Cənubi Qafqaz regionunda davamlı və ədalətli sülhün bərqərar olmasına yönəlmiş səy və dəstəyə görə təşəkkür etmək istəyirəm”.
O qeyd edib ki, Makronun prezidentliyi dövründə “Ermənistan və Fransa arasında xüsusi münasibətlər” strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlib.
Paşinyan Makronun 2025-ci ildə Ermənistana səfərinə də ümid etdiyini bildirib.
Samirə Şərif
12:15 21.12.2024
Oxunuş sayı: 5256