CROSSMEDIA - Pakistanda terror: 16 əsgər öldü
Xarici xəbərlər

Pakistanda terror: 16 əsgər öldü

Pakistanın Khayber Pakhtunkva əyalətində, Makeen bölgəsində 21 dekabr gecəsi Talibanın təşkil etdiyi hücum nəticəsində 16 Pakistan əsgəri həyatını itirib, 5 nəfər isə ağır yaralanıb.

Crossmedia.az "The Straits Times"a istinadən xəbər verir ki, hücumda təxminən 30 silahlı şəxs iştirak edib və hücum iki saat davam edib.
Taliban döyüşçüləri posta məxsus sənədləri, rabitə avadanlıqlarını və digər əşyaları yandırıblar.

Tehreek-e-Taliban Pakistan (TTP) hücuma görə məsuliyyəti üzərinə götürərək, bu addımı "komandanlarının şəhid edilməsinə cavab" olaraq atdıqlarını bildirib. TTP həmçinin çoxsaylı hərbi avadanlıq, o cümlədən pulemyotlar və gecəgörmə cihazı ələ keçirdiklərini iddia edib.
Pakistanın qərb sərhəd bölgələri, son illərdə yenidən güclənən terror təhdidləri ilə üz-üzədir. İslamabad, Əfqanıstan hökumətini, hücumları sərhədin o tayından həyata keçirən qrupları məhv etməməkdə ittiham edir.

Nabat Fərzəliyeva

12:05 21.12.2024

Oxunuş sayı: 4728

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR