İran Suriyadan Livana gizli tunel inşa edib
İranın Suriyadan Livana tunel inşa etdiyi bildirilir.
Crossmedia.az “Azad İran”a istinadən xəbər verir ki, "Həyat Təhrir əş-Şam"ın (HTS) qüvvələri Suriyadan Livana qədər uzanan və ağır maşınlar üçün uyğun olan tunel aşkarlayıb.
Məlumata görə, silahlar bu tunel vasitəsilə Livana daşınıb, daha sonra Hizbullah hərəkatının üzvlərinə çatdırılıb.
Mütəxəssislər bu çox kilometrlik tunelin dəyərini on milyardlarla dollarla qiymətləndirirlər.
Bundan əlavə, bəzi iqtisadi ekspertlər İranın Suriyadakı xərclərini yarım trilyon dolları keçdiyini qiymətləndirirlər.
Samirə Şərif
11:10 21.12.2024
Oxunuş sayı: 4700