Ronaldonun penalti qolu Portuqaliyanı 1/8 finala daşıdı
Portuqaliya FIFA Dünya Kubokunun 1/16 final mərhələsində Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Toronto şəhərində keçirilən qarşılaşmada hesabı əvvəlcə Xorvatiya açıb. İvan Perişiç 53-cü dəqiqədə komandasını önə keçirib.
Portuqaliya 68-ci dəqiqədə Kriştianu Ronaldonun dəqiq yerinə yetirdiyi penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Qarşılaşmanın əlavə edilmiş vaxtının 4-cü dəqiqəsində Qonsalu Ramuş qalibiyyət qolunu vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, bu nəticə ilə Portuqaliya Dünya Kubokunda 1/8 final mərhələsinə vəsiqə əldə edib.
08:30 03.07.2026
Oxunuş sayı: 60