ABŞ-də fövqaladə vəziyyət elan edildi
ABŞ-nin Kaliforniya ştatında quş qripi hallarının artması nəticəsində “fövqəladə vəziyyət” elan edilib.
Crossmedia.az Kaliforniya Valilik Ofisinin açıqlamasına istinadən xəbər verir ki, Virus 16 ştatda iribuynuzlu heyvanlarda aşkarlanıb. Cənubi Kaliforniyada yerləşən fermalardakı inəklərdə də xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər görülüb. Yoluxma hallarını azaltmaq məqsədilə “fövqəladə vəziyyət” qərarının qəbul edilməsinə səbəb olub.
Kaliforniya Valisi Qavin Nyusom, virusun yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirərək, hazırda xəstəliyin insanlar üçün risk səviyyəsinin “aşağı” olduğunu qeyd edib.
“Fövqəladə vəziyyətin elan edilməsi, dövlət qurumlarının epidemiyaya operativ şəkildə cavab verməsi üçün lazım olan resurslarla təmin olunması məqsədilə qəbul edilmiş bir qərardır”, - deyə Nyusom əlavə edib.
ABŞ Qida və Dərman Administrasiyası (FDA) ölkə üzrə aparılan araşdırma zamanı analiz olunan hər 5 kommersiya süd nümunəsindən birində quş qripi aşkarlandığını açıqlayıb.
Quş qripi ilk dəfə mart ayında ABŞ-ın Texas ştatında yerləşən mal-qara sürülərində müəyyən edilib.
Fidan Hacızadə
10:13 21.12.2024
Oxunuş sayı: 4567