Maqdeburqda Milad bazarına hücum

Dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərində Milad bazarına avtomobillə hücum edilib. Hadisə nəticəsində biri uşaq olmaqla iki nəfər həyatını itirib. Saksoniya-Anhalt əyalətinin baş naziri Rainer Haseloff bildirib ki, ən azı 60 nəfər yaralanıb, onlardan 15-i isə ağır xəsarət alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumu həyata keçirən şəxs Səudiyyə Ərəbistanından 2006-cı ildə Almaniyaya köçmüş 50 yaşlı Taleb əl-Abdulmohsen olub. O, psixiatr və psixoterapevt olaraq Almaniyaya ziyarətçi həkim kimi gəlib və sonradan islamdan ayrıldığı üçün ölümlə hədələndiyindən burada sığınacaq alıb. 2016-cı ildə Almaniyada siyasi sığınacaq əldə edən Taleb, illər ərzində sosial şəbəkələrdə aktiv olub və Səudiyyə Ərəbistanından olan qadınlara bu ölkədən qaçmaq barədə məsləhətlər verib. Eyni zamanda, o, islamı kəskin şəkildə tənqid edirdi və Almaniyanın islamlaşmasından narahatlığını ifadə edirdi. Onun Almaniyada siyasi sığınacaq mövzusuna həsr olunmuş bir internet saytı da olub.
Hücuma səbəb olan motiv hələlik dəqiq məlum deyil və istintaq prossesi davam edir. Hadisəni isə yalnız bir nəfər həyata keçirib.
Aytac Bəhruzqızı
10:08 21.12.2024
Oxunuş sayı: 8113