Zelenski baş nazirə rüşvət təklif edib?
Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk, Prezident Volodimir Zelenskinin Slovakiyanın Baş naziri Robert Fikoya rüşvət təklif etməsi iddiasını biabırçılıq adlandırıb.
Crossmedia.az bildirir ki, Robert Fiko daha əvvəl bəyan edib ki, Zelenski Ukraynanın NATO-ya üzvlüyü üçün dəstək müqabilində Rusiyanın dondurulmuş aktivlərindən 500 milyon avro təklif edib. Ancaq Slovakiyanın baş naziri bu təklifi rədd edərək, dəfələrlə Slovakiyanın Ukraynanın NATO-ya qoşulmasını dəstəkləməyəcəyini vurğulayıb.
Dmitruk isə bildirib ki, bu rüşvət pulu Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilmədən təklif olunub.
“Zelenski bu məbləği hətta çamadanda gətirə bilərdi,” – deyə o qeyd edib.
Fidan Hacızadə
10:03 21.12.2024
Oxunuş sayı: 4389