LGBT ilə fəxr edən Starmerə sərt tənqid - Xəcalət çəkməlidir!
Böyük Britaniyanın istefa vermiş baş naziri Kir Starmer LGBT ayı münasibətilə keçirilən tədbirdə çıxış edərək hazırkı Böyük Britaniya parlament tərkibini dünyada ən LGBT yönümlü parlament adlandırıb. Starmer çıxışında bildirib ki, Parlamentimizin ən LGBT yönümlü olması ilə qürur duyuram. Düşünmürəm ki, bundan daha LGBT yönümlü bir parlament olsun. Böyük Britaniya kimi dünyanın nəhəng iqtisadiyyata və hərbi gücə sahib dövlətinin bu cür parlamentinin olması ayrı, keçmiş baş nazirin, diplomatın bununla fəxr etməsi isə ayrı müzakirə mövzusudur. Starmerin açıqlaması həm xarici həm də yerli mediada kifayət qədər müzakirə edilib və qınanılıb. Əksər rəylərdə Böyük Britaniyanın mənəvi dəyərlərdən uzaq düşdüyü vurğulanır.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli
Crossmedia.az-a açıqlama verib:
“Hər hansı
bir ölkənin, o cümlədən Böyük Britaniyanın baş nazirinin ölkə parlamentində
LGBT təmsilçilərinin çoxluq təşkil etməsi ilə fəxr etməsi anormal yanaşmadır.
Çünki bu, həmin ölkədə, eləcə də Böyük Britaniyada mənəvi dəyərlərin aşındığını
göstərən bir reallıqdır. Ümumiyyətlə, Avropa ölkələrində mənəvi və tarixi dəyərlər
artıq, demək olar ki, sıradan çıxarılmağa başlayıb. Avropa əhalisi arasında
LGBT-yə meyil genişlənir. Tarix boyu bu xalqların üstünlük verdiyi dəyərlər öz əhəmiyyətini
itirir. Bu baxımdan hesab etmək olar ki, Avropa hazırda mənəvi uçuruma doğru
sürüklənir. Əslində, Böyük Britaniyanın baş naziri parlamentdə LGBT təmsilçilərinin
çoxluq təşkil etməsi ilə öyünmək əvəzinə, bundan xəcalət çəkməli idi. Çünki bu,
xristianlığın prinsiplərinə zidd yanaşmadır”.

Politoloq əlavə
edib ki, ümumiyyətlə, hər hansı bir ölkənin parlamentinin tərkibi ilə yalnız o
halda fəxr etmək olar ki, həmin parlamentdə müxtəlif sahələr üzrə yüksək səviyyəli
mütəxəssislər təmsil olunsun və onlar öz ölkəsinə, xalqına xidmət etmək üçün
kifayət qədər bilik və bacarıqlara malik olsunlar: “Fəxr edilməli olan məhz
budur. Lakin nə qədər qəribə olsa da, bir çox Avropa ölkələrində, o cümlədən
Böyük Britaniyada mənəvi pozğunluq, mənəvi dəyərlərin aşındırılması və sıradan
çıxarılması öyünc predmetinə çevrilib. Bu da onu göstərir ki, Avropa ölkələri və
xalqları mənəvi uçuruma doğru yuvarlanmaqda davam edirlər”.
Ayhan
09:00 03.07.2026
Oxunuş sayı: 60