Fransa insan hüquqları və demokratiya anlayışlarındandan istifadə edir
Fransanın
müstəmləkə siyasəti növbəti dəfə ciddi sınaq qarşısındadır. Yeni Kaledoniyada
keçirilən parlament seçkilərində Fransa ilə birliyin davam etdirilməsini dəstəkləyən
siyasi qüvvələrin mütləq çoxluğu əldə edə bilməməsi Paris üçün narahatedici
siyasi siqnal kimi qiymətləndirilir. Müstəqillik tərəfdarlarının güclənməsi isə
Fransanın bu Sakit okean ərazisində gələcək mövqeyi ilə bağlı yeni suallar
doğurur. Belə bir şəraitdə maraq doğuran əsas məqam bundan sonrakı siyasi
proseslərin hansı istiqamətdə inkişaf edəcəyidir. Yeni Kaledoniyada müstəqillik
tələbləri daha da güclənəcəkmi? Fransa bu prosesi nəzarətdə saxlaya biləcək,
yoxsa son illər Afrikada olduğu kimi müstəmləkələrini bir-bir itirmək riski ilə
üz-üzə qalacaq?
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlama verib:
“Beynəlxalq hüquqa görə hər bir xalqın öz müqəddəratını
təyin etmək hüququ var. Yeni Kaledoniya xalqının da öz müqəddəratını təyin etmək
haqqı mövcuddur. Onlar bu hüququnu dinc yollarla həyata keçirmək istəyirlər. Əgər
xalqın seçki yolu ilə formalaşdırdığı parlamentdə Yeni Kaledoniyanın müstəqilliyini
istəyən siyasi qüvvələr üstünlük əldə ediblərsə, təbii ki, seçkinin nəticəsi
olaraq referendum keçirməklə öz müqəddəratlarını demokratik yolla ifadə edə bilərlər.
Onlar məqsədlərinə dinc yollarla çatmaq istəyirlər. Bu istiqamətdə dəfələrlə
müxtəlif tədbirlər keçirilib. Beynəlxalq konfranslarda Yeni Kaledoniya xalqının
nümayəndələri iştirak ediblər, müstəqillik uğrunda mübarizə aparan siyasi qüvvələr
beynəlxalq təşkilatlarda çıxış edərək öz iradələrini ifadə ediblər. Xalq da
parlament seçkilərində həmin siyasi qüvvələrə səs verib”.

Politoloq bildirib ki, Fransa dövləti imperialist düşüncədən uzaqlaşmalıdır: "Əgər Fransa dövləti daim insan hüquqlarını müdafiə etdiyini bəyan edirsə, bunu təkcə sözlə deyil, əməldə də göstərməlidir. Xüsusilə də Avropa Şurasında Fransa nümayəndələrinin insan hüquqları və demokratiya ideyaları ilə bağlı çıxışlarını görmüşük. Hətta həmin platformalarda Azərbaycana qarşı insan hüquqları və demokratiya mövzularında qərəzli çıxışların da şahidi olmuşuq. Əgər Fransa doğrudan da demokratiyanı və insan hüquqlarını əsas prinsip kimi qəbul edirsə, o zaman Yeni Kaledoniya xalqının da demokratik yollarla öz müqəddəratını təyin etmək hüququna mane olmamalıdır. Onların insan hüquqlarını kobud şəkildə pozmamalıdır. Fransa dövləti imperialist düşüncəsindən əl çəkməlidir. İşğalçılıq təfəkküründən uzaqlaşmalıdır. Ayrı-ayrı xalqları öz təsir dairəsində saxlayaraq onları istismar etməməlidir. Bu baxımdan Yeni Kaledoniya xalqı parlament seçkilərində ölkənin müstəqilliyini müdafiə edən siyasi qüvvələrə səs verib. Fransa tərəfdarı olan siyasi qüvvələr də bunu normal qarşılamalıdır. Fransa dövləti də xalqın iradəsini tanımalıdır".
A.Məsiyev əlavə
edib ki, Fransa insan hüquqları və demokratiya anlayışlarından çox zaman məqsədə
çatmaq üçün vasitə kimi istifadə edir: “Öz maraqlarına uyğun gəlmədiyi hallarda
isə bu prinsiplərə göz yumur. Fransa yenə də imperialist düşüncəsindən əl çəkməyəcək
və parlamentdə üstünlük qazanan, Yeni Kaledoniyanın müstəqilliyi uğrunda
mübarizə aparan siyasi qüvvələrə qarşı repressiya mexanizmlərini işə salmağa
çalışacaq. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət Yeni Kaledoniya xalqının
iradəsinə hörmətlə yanaşmalı, onların müstəqillik hüququnu tanımalıdır. Müstəqillik
uğrunda mübarizə aparan insanların hüquqlarına dəstək verilməlidir. Beynəlxalq
hüququn tələblərinə uyğun olaraq dövlətlər və beynəlxalq təşkilatlar bu
reallığı qəbul etməli, Yeni Kaledoniyanın müstəqilliyini tanımalı və bu istiqamətdə
mübarizə aparan siyasi qüvvələrə dəstək göstərməlidirlər. Eyni zamanda
Fransanın imperialist siyasətindən əl çəkməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən
zəruri addımlar atılmalıdır. Məncə Yeni Kaledoniya xalqının öz müqəddəratını təyin
etmək hüququ var. Hər bir xalqın öz gələcəyini demokratik şəraitdə müəyyən etmək
və müstəqil yaşamaq haqqı mövcuddur. Yeni Kaledoniya xalqı da bu hüququnu seçki
yolu ilə, dinc vasitələrlə həyata keçirməyə çalışır və bu mübarizəsində
haqlıdır. Fransa dövləti Yeni
Kaledoniyada keçirilmiş seçkilərin nəticələrini tanımalı və oradakı siyasi qüvvələrə
qarşı repressiya siyasətindən əl çəkməlidir”.
Ayhan
17:00 29.06.2026
Oxunuş sayı: 50