Sobçak Putinlə mətbuat konfransında

Jurnalist Kseniya Sobçak, Rusiya Prezidenti Vladimir Putinin birbaşa xətti ilə mətbuat konfransına qatılıb.
Crossmedia.az xəbər verir ki, "TASS"a verdiyi müsahibədə o, tədbirdən gözləntilərini paylaşsa da, hansı sualı verəcəyini açıqlamaqdan imtina edib.
“Bir neçə sualım var. Gedişata baxaram”, – Sobçak, prezidentə hansı sualı verəcəyini söyləməkdən çəkinərək bildirib. Tədbirdən gözləntiləri ilə bağlı isə “Ən sevincli” cavabını verib.
Birbaşa xətt və mətbuat konfransı ilin yekunlarına həsr olunub.
Gültac Mehdizadə
11:28 19.12.2024
Oxunuş sayı: 6942