Media və QHT

QHT-lər üçün təlim təşkil edildi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində 30-dan çox aidiyyəti qeyri-hökumət təşkilatının layihə rəhbərləri üçün narkomanlığa qarşı mübarizə mövzusunda təlim keçirib. Təlim “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 4.1.18-ci yarımbəndinin icrası məqsədilə reallaşıb.

Crossmedia.az xəbər verir ki, Komissiyanın işçi qrupundan verilən məlumata görə, təlim çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, aidiyyəti qeyri-hökumət təşkilatları tərəfindən narkomanlığa qarşı mübarizə mövzusunda hazırlanan layihələrin və maarifləndirmə xarakterli tədbirlərin icrası istiqamətində müzakirələr aparılıb.

14:51 18.12.2024

Oxunuş sayı: 5802

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR