Rusiyada yüksək rütbəli generalın öldürülməsi: şübhəli tutulub
Rusiyanın təhlükəsizlik xidməti Moskva şəhərində yüksək rütbəli generalın öldürülməsi ilə bağlı bir şübhəli tutduğunu açıqlayıb.
Crossmedia.az "Apnews"a istinadən xəbər verir ki, şübhələnin Ukrayna kəşfiyyat xidmətləri tərəfindən işə götürüldüyü bildirilir.
General İqor Kirillov çərşənbə axşamı Moskvanın yaxınlığında elektrikli skuterə yerləşdirilmiş bombanın partlaması nəticəsində öldürülüb. Kirillovun köməkçisi də həyatını itirib.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) şübhəlini 1995-ci il təvəllüdlü olaraq tanıdıb və onun Ukrayna xüsusi xidmətləri tərəfindən işə götürüldüyünü açıqlayıb. Şübhəli, Ukrayna tərəfindən Kirillovu öldürmək müqabilində 100 min dollar və Avropa İttifaqı ölkəsinə köçmək üçün icazə vəd edildiyini söyləyib.
Gültac Mehdizadə
12:20 18.12.2024
Oxunuş sayı: 5338