Paytaxt Nyu-Dehlidə “evdən çıxmayın” çağırışı
Hindistanın paytaxtı Nyu-Dehlidə hava çirkliliyi təhlükəli səviyyəyə çatıb. Hava Keyfiyyəti İndeksi (AQI) 300-lük təhlükəli həddi keçərək 581-ə yüksəlib.
Crossmedia.az xəbər verir ki, vətəndaşlara nəfəsalma çətinliyi, göz və boğazda qaşınma kimi problemlərin qarşısını almaq üçün evdə qalma tövsiyəsi verilib.
Hava çirkliliyi ilə bağlı məktəblər onlayn təhsilə keçib, tikinti işləri dayandırılıb. Mütəxəssislər çölə çıxma zərurəti olanlara maska taxmağı məsləhət görür. Yeni Dehli hər qış zəif külək və məhsul qalıqlarının yandırılması səbəbindən bu problemlə üzləşir.
Gültac Mehdizadə
12:02 18.12.2024
Oxunuş sayı: 4343