CROSSMEDIA - Moskva: Miqranyanın Ermənistana giriş qadağası qeyri-dost addımdır
Xarici xəbərlər

Moskva: Miqranyanın Ermənistana giriş qadağası qeyri-dost addımdır

Rəsmi Moskva politoloq Andranik Miqranyanın Ermənistana girişinə qadağanı qeyri-dost addım hesab edir.

Crossmedia.az xəbər verir ki, “Biz bu qərarı müttəfiqlik öhdəliklərinə zidd olan qeyri-dost addım kimi qiymətləndiririk,” – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib. APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya XİN bu məsələ ilə bağlı dərhal Yerevana diplomatik kanallar vasitəsilə müraciət edib.

Zaxarova vurğulayıb ki, Moskva dəfələrlə rəsmi Yerevanı rusiyalı vətəndaşların, hər hansı səbəbdən Ermənistan hakimiyyətinin maraqlarına uyğun gəlmədiyi üçün ölkəyə buraxılmaması praktikasını dayandırmağa çağırıb.

Ermənistan hakimiyyətinin demokratiya və fikir plüralizminə sadiq olduğunu bəyan etdiyini xatırladan Zaxarova, bu məsələnin ilk növbədə Yerevanın cavablandırmalı olduğu bir sual olduğunu bildirib.

Gültac Mehdizadə

11:09 18.12.2024

Oxunuş sayı: 4772

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR