Gənclər və İdman

UEFA-dan Azərbaycan millisinə XƏBƏRDARLIQ

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib.

Crossmedia.az xəbər verir ki, buna yığmanın səfərdə İsveçə uduzduğu Millətlər Liqasının matçında yaşananlar səbəb olub.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq alıb.

Sözügedən qarşılaşmada millinin beş üzvü sarı vərəqə alıb. Bunlar Anton Krivotsyuk, Amin Seydiyev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və Toral Bayramovdur.

Qeyd edək ki, oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.

08:33 18.12.2024

Oxunuş sayı: 4434

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR