CROSSMEDIA - İsrail Suriyadakı hərbi bazalarını bombaladı
Xarici xəbərlər

İsrail Suriyadakı hərbi bazalarını bombaladı

İsrail ordusu Suriyanın hərbi bazalarına hücumlarını davam etdirir. Döyüş təyyarələri bu dəfə Dəməşqə yaxın Mezze Hərbi Hava Limanına zərbə endirib. Hücum nəticəsində tanklar və helikopterlər ciddi zərər görüb.

Crossmedia.az "Haber Global"a istinadən xəbər verir ki, Suriyada vəziyyət normallaşmağa davam etsə də, bölgədən hələ də partlayış səsləri eşidilir. İsrail, Dəməşqdən 30 kilometr aralıda yerləşən Mezze Hərbi Hava Limanını bombardman edib. Zərbə nəticəsində hərbi texnikanın böyük hissəsi məhv edilib.

Əsəd rejiminin nəzarətində olan hərbi hava limanında tanklar, helikopterlər və təyyarələr saxlanılırdı. Ancaq hücumdan sonra onların çoxu istifadəyə yararsız vəziyyətə düşüb.

Xatırladaq ki, 2024-cü il ərzində İsrail Suriyaya qarşı ümumilikdə 176 hücum təşkil edib. Bunlardan 150-si hava, 26-sı isə quru əməliyyatı olub. Hücumlar zamanı silah anbarları və hərbi bazalar da daxil olmaqla 321 hədəf məhv edilib.

Emil Bağızadə

12:50 17.12.2024

Oxunuş sayı: 4703

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR