Kobaxidze: Bu qərar anti-Gürcüstan addımıdır
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi barədə ötən gün qəbul etdiyi qərarını anti-Gürcüstan addımı adlandırıb.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazir bu barədə brifinqdə məlumat verib.
"Bu qərar gürcü cəmiyyətində Avropa strukturlarına olan etimadı sarsıdan anti-Gürcüstan addımı kimi qiymətləndirilə bilər",- deyə o bildirib
O, görüşdə gürcü xalqının maraqlarını müdafiə edən Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniyanın xarici işlər nazirlərinə təşəkkür edib.
Nəzrin Salmanova
09:42 17.12.2024
Oxunuş sayı: 24006