“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində ilk təlim həyata keçirilib
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində ilk təlimini həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, təlim Zərdab rayon Gəlmə kənd tam orta məktəbində 30 şagirdin iştirakı ilə təşkil olunub. İştiakçılara papka, dəftər, qələm, buklet paylanıb.
Məktəbin direktoru Rasif Qaçayzadə tədbiri açıq elan edərək, layihənin önəmindən danışıb. Layihə rəhbəri Vəfa Xəlilli donor və təşkilat haqqında iştirakçılara məlumat verib. Təlimçi Kəmalə Xəlilli şagirdlərlə həmsöhbət olaraq həm ailə dəyərlərini, həm Azərbaycan ailə modelinin əsasını şagirdlərə vurğulayıb.
Tədbir zamanı iştirakçılara ailənin cəmiyyətin əsas sütunlarından biri olduğu, sağlam və möhkəm ailənin formalaşmasında qarşılıqlı hörmət, sevgi, etimad və anlayışın mühüm rol oynadığı barədə məlumat verilib. Təlimdə valideyn–övlad münasibətləri, ailədaxili ünsiyyət mədəniyyəti, məsuliyyət hissi və ailə üzvlərinin bir-birinə dəstəyi kimi mövzular geniş müzakirə olunub.
Layihənin əsas məqsədi şagirdlərdə ailəyə sevgi, hörmət və birlik kimi dəyərlərin formalaşdırılması, valideyn–övlad münasibətlərinin daha sağlam müstəvidə inkişafına dəstək göstərilməsi və cəmiyyətdə ənənəvi ailə institutunun möhkəmləndirilməsidir.
16:01 26.05.2026
Oxunuş sayı: 53