Ordu generalı partlayışda həlak olub
Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi Moskvada baş verən partlayış nəticəsində həlak olub.
Crossmedia.az xəbər verir ki, partlayış binanın çıxışında yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu çıxışda yerləşdirilib.
Hadisə yerli vaxtla səhər saat 6-da Ryazanski prospektində, 2 nömrəli binanın yaxınlığında baş verib.
Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin pəncərələri sınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Qeyd etmək lazımdır ki, hələlik məlumatla bağlı rəsmi açıqlama verilməyib.
Sevinc Abuşova
07:09 17.12.2024
Oxunuş sayı: 5017