CROSSMEDIA - Bundestaq Olaf Şoltsa etimadsızlıq göstərib
Xarici xəbərlər

Bundestaq Olaf Şoltsa etimadsızlıq göstərib

Almaniya Bundestaqı kansler Olaf Şoltsa etimadsızlıq göstərilməsi barədə qərar qəbul edib.

Crossmedia.az bildirir ki, səsvermə zamanı 394 deputat bu qərarı dəstəkləyib, 207 deputat kanslerin lehinə səs verib, 116 nəfər isə bitərəf qalıb.

Bu qərardan sonra Olaf Şolts Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə parlamentin buraxılması ilə bağlı rəsmi müraciət etməlidir. Prezidentin qərar verməsi üçün 21 günü var.

Hazırkı hökumət növbədənkənar parlament seçkilərinə qədər öz vəzifələrini icra etməyə davam edəcək. Seçkilərin 23 fevral 2025-ci ildə keçirilməsi gözlənilir.

Gültac Mehdizadə 

18:10 16.12.2024

Oxunuş sayı: 5262

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR