Psixi sağlamlıq problemləri pandemiya miqyasına çatıb

Dünya üzrə psixi sağlamlıq problemləri pandemiya səviyyəsinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri mövcud araşdırmaların geniş təhlilinə əsaslanaraq məlumat yayıb.
Mənbəyə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatlarına əsasən, işçilər arasında depressiya və artan narahatlıq səbəbindən hər il təxminən 12 milyard iş günü itirilir. Bunun dünya iqtisadiyyatına vurduğu zərərin 1 trilyon dollar həcmində olduğu təxmin edilir.
COVID-19 pandemiyası da qlobal psixi sağlamlıq vəziyyətinə ciddi təsir göstərib. Qeyd olunur ki, 2020-2021-ci illər ərzində depressiya halları 25% artıb və bu, psixi sağlamlıq problemlərinin daha da dərinləşməsinə səbəb olub.
Günəş Məmmədova
17:27 16.12.2024
Oxunuş sayı: 5935