Rusiya Suriyanın şimalından qoşunlarını geri çəkir
Suriyanın gələcəyi ilə bağlı ilk dəfə Rusiya və İranın iştirakı olmadan beynəlxalq toplantı keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə İordaniya, Türkiyə, ABŞ, BƏƏ, Bəhreyn, Fransa, Qətər, Səudiyyə Ərəbistan, İraq, Livan və Misir iştirak edib. Almaniya, Böyük Britaniya, Ərəb Liqası, Avropa İttifaqı və BMT nümayəndələri də görüşə qatılıb.
Rusiya isə Suriyada mövqeyini dəyişərək qoşunlarını şimaldakı cəbhə xəttindən və Ələvilər dağlarından geri çəkir, lakin Tartus və Xmeymim bazalarını saxlamaqda qərarlıdır. Ağır texnika və yüksək rütbəli zabitlərin bir hissəsi Rusiyaya qaytarılsa da, yenidən qruplaşma ehtimalı qalır.
Rusiya yeni Suriya hakimiyyəti ilə dialoq apararaq hərbi bazalarını qorumağa çalışır. Tartus bazası Aralıq dənizindəki yeganə Rusiya dəniz mərkəzi, Xmeymim isə Afrikadakı əməliyyatlar üçün əsas logistik baza rolunu oynayır.
Aytac Bəhruzqızı
18:58 14.12.2024
Oxunuş sayı: 6804