Ukrayna FIFA-dan üzr tələb edib
Ukrayna XİN və Futbol Assosiasiyası FIFA-nı beynəlxalq hüququ pozmaqda ittiham edərək, Krımı Rusiyanın bir hissəsi kimi göstərən xəritəyə görə ictimai üzr tələb edib.
Crossmedia.az Meduza-ya əsasən yazır ki, Ukrayna XİN sözçüsü Georgi Tixiy xəritənin dərhal düzəldilməli olduğunu bildirib.
Xəritə 13 dekabrda 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin püşkatması zamanı nümayiş etdirilib.
Ukrayna D qrupunda Fransa və ya Xorvatiya, İslandiya və Azərbaycanla mübarizə aparacaq. Rusiya 2022-ci ildən FIFA və UEFA turnirlərindən kənarlaşdırılıb.
Gültac Mehdizadə
15:40 14.12.2024
Oxunuş sayı: 5763