CROSSMEDIA - Medvedev: Rusiya tərkibində yeni regionların yaranması mümkündür
Xarici xəbərlər

Medvedev: Rusiya tərkibində yeni regionların yaranması mümkündür

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev, Rusiyanın tərkibində yeni regionların yaranmasının mümkünlüyünü açıqlayıb.

Crossmedia.az bu barədə İnterfaks-a əsasən xəbər verir.

Medvedev, partiyanın qurultayında etdiyi çıxışda, Donetsk və Luqansk xalq respublikalarının, Zaporojye və Xerson vilayətlərinin inkişafının vacibliyini qeyd edib. O, bildirib ki, bu regionların inkişafı ölkə üçün faydalı olacaq və yeni ərazilər dövlət üçün “inkişaf amili” ola bilər.

Medvedev, Rusiyanın bütün regionlarının bu yeni bölgələrə dəstək verəcəyinə əminliyini ifadə edib və yeni regionların yaranmasının mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, Moskvada “Vahid Rusiya” konqresi baş tutub.

Gültac Mehdizadə 

15:25 14.12.2024

Oxunuş sayı: 6095

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR